Xankəndi məhkəməsinə yeni sədr təyin edildi


Xankəndi Şəhər Məhkəməsinə yeni sədr təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən Tərlan Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin olunub.

AFN.az qeyd edir ki, Xankəndinin əvvəlki hakimi və sədri İlkin Abdullayev idi. O, Ali Məhkəməyə hakim təyin ediləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu