Messinin vəziyyəti bəlli oldu



"İnter Mayami"nin "Filadelfiya Yunion"la qarşılaşmasında zədələnən Lionel Messinin səhhətindəki son durum dəqiqləşib.

AFN.az xəbər verir ki, MLS-də "İnter Mayami"nin "Filadelfiya Yunion"u 6:4 hesabı ilə məğlub etdiyi oyunda zədə alan ulduz futbolçu matçı davam etdirə bilməyərək meydanı tərk etməli olmuşdu.

Dünya Çempionatı ərəfəsində yaşanan bu zədə futbol azarkeşləri arasında ciddi narahatlığa səbəb olsa da, argentinalı hücumçudan sevindirici xəbər gəlib.

Tanınmış insayder Fabrisio Romanonun yaydığı məlumata görə, Messinin zədəsi ciddi xarakter daşımır.

Xəbərdə 38 yaşlı super-ulduzun FİFA 2026 Dünya Çempionatında Argentina millisinin heyətində çıxış edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Messi bu mövsüm "İnter Mayami" forması ilə meydana çıxdığı 16 qarşılaşmada 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu