ABŞ İranın cənubuna özünümüdafiə məqsədli zərbələr endirib



ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins ABŞ qüvvələrinin İranın cənubuna özünümüdafiə məqsədilə zərbələr endirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumatlara görə, sözçü Vaşinqtonun İranın cənubundakı bəzi hədəflərə qarşı yeni hərbi əməliyyatlar həyata keçirdiyini bildirib.

Hokins bu zərbələrin sırf özünümüdafiə xarakteri daşıdığını və ABŞ hərbçilərini İran qüvvələrindən gələn təhdidlərdən qorumaq məqsədilə icra edildiyini müdafiə edib.

Hədəfə alınan nöqtələr arasında raket buraxılış sahələri və mina döşəməyə hazırlaşdığı iddia edilən İran gəmilərinin olduğunu bildirən sözçü, ABŞ-nin hazırda davam edən atəşkəs prosesində təmkinli davranmağa davam edəcəyini, lakin bununla yanaşı öz hərbi qüvvələrinin təhlükəsizliyini də qətiyyətlə qoruyacağını vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu