ABŞ-la dialoq "əmələ qarşılıqlı əməl" prinsipi əsasında mümkündür - İran
Amerika Birləşmiş Ştatları ilə danışıqların aparılması və razılaşmaların əldə olunması yalnız "əmələ qarşılıqlı əməl" prinsipi əsasında mümkündür.
AFN.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəsmi nümayəndəsi İbrahim Rezai bəyan edib.
"Hərbi əməliyyatların gedişində biz taktiki planda "gözə göz" prinsipinə əsaslanırdıq. İndi isə diplomatik müharibədə formul yalnız belə ola bilər: "əmələ qarşılıqlı əməl", - deyə İranın "Al Alam" telekanalı onun sözlərindən sitat gətirib.
Rezai həmçinin vurğulayıb ki, İran güc və təhdid məntiqinə boyun əyməyəcək.
