Pakistan Çinin ABŞ və İran razılaşmasının qarantı kimi çıxış etməsini istəyir - media
İslamabad gələcəkdə Vaşinqton və Tehran arasında əldə olunacaq sazişin qarantı qismində Pekinin çıxış etməsində israr edir.
AFN.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, İran və ABŞ arasındakı danışıqlar prosesində baş vasitəçi olan Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir hazırda Pekindədir. O, şənbə günü Çinə dördgünlük rəsmi səfərə gələn Pakistanın Baş naziri Şahbaz Şərif ilə birlikdə səfərdə iştirak edir.
Mənbələr Munirin Baş nazirlə birlikdə Çin Dövlət Şurasının Baş naziri Li Tsyanla keçirilən görüşdə də iştirak etdiyini təsdiqləyiblər.

