Xaricə səfər edən azərbaycanlıların sayı AZALIB
2026-cı ilin yanvar-aprel aylarında xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb.
AFN.az xəbər verir ki, cari ilin ilk dörd ayı ərzində xarici ölkələrə yollanan Azərbaycan vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 602,4 min nəfər olub.
Azərbaycanlı turistlərin ən çox səfər etdiyi ölkə yenə də Türkiyədir. Ümumi səfərlərin 40,8 faizi məhz bu ölkənin payına düşüb. Türkiyə istiqamətində səfər edənlərin sayı əvvəlki illə müqayisədə 7,5 faiz artım göstərib.
Eyni zamanda, Rusiya istiqamətində səfərlərdə 1 faiz, Gürcüstana səfərlərdə 7,1 faiz, İrana edilən səfərlərdə isə 31,4 faiz azalma müşahidə olunub.
Məlumata görə, xaricə gedən Azərbaycan vətəndaşlarının böyük hissəsi — 69,7 faizi hava nəqliyyatına üstünlük verib.


