"Okhatan Neo" qrupu yeni uğura imza atıb
İrsiliyimizə dayanan layihələr, elmi və yaradıcı işlərlə məşğul olan "Okhatan Neo" qrupu yeni uğura imza atıb.
AFN.az Simsar.az-a istinadən xəbər verir ki, qrup qiymətli daşların dünyada ilk dəfə yeni növ cilalanması üzrə Əqli Mülkiyyət Agentliyindən patent alıb.
Bir çox qonaqların iştirakı ilə daşların təqdimatı keçirilib. Tanınmış ilahiyyatçılar Seyid Ağarəşid Talıbov, Hacı Fazil Əhməd, Hacı Cavid Pənahlı, Hacı Elşən İsmayılov, o cümlədən tarixçi Rizvan Hüseynov, sənətşünas Elçin Şamilli sözügedən qiymətli daşlarla yaxından tanış olub, görülən iş barədə yüksək fikirlər bildiriblər.
Tədbirdə qrup rəhbəri İlqar Həsənəlizadə qonaqları digər layihələr və elmi məqalələrlə də tanış edib.
Qeyd edək ki, bu qrupun patent aldığı və müəllif hüquqlarından qeydiyyatdan keçirdiyi ilk layihə deyil.

