Azər Əhmədov vəzifəsindən azad edildi


TƏBİB-ə yeni sədr təyinatından sonra bu quruma tabe olan tibb müəssisələrində kütləvi kadr dəyişiklikləri aparılır.

AFN.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu gün Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Azər Əhmədov Türkiyədə təhsil almış uzman həkimlərdəndir. O, Azərbaycanda ən yaxşı uşaq həkimlərindən biri və müasir pediatriya mərkəzinin qurucusu kimi tanınır. Onun işdən çıxarılmasının səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Xatırladaq ki, aprel ayında Anar Bayramov TƏBİB-in yeni icraçı direktoru təyin edildikdən sonra bir çox tibb müəssisələrinin rəhbər heyətində rotasiyalar və yeni təyinatlar həyata keçirilməkdədir. Artıq Respublika Pediatriya Mərkəzinə yeni direktor təyinatı da baş tutub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu