Praqanın mərkəzində oteldə yanğın baş verib


Praqanın mərkəzindəki Blanitska küçəsində yerləşən otellərin birində yanğın baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

AFN.az xəbər verir ki, bu barədə Çexiyanın birləşmiş xilasetmə və yanğınsöndürmə xidmətinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Binadan bir neçə nəfər təxliyə edilib. Hadisə yerinə üç xilasedici briqadası göndərilib", - deyə məlumatda qeyd olunur.

Məlumata görə, yanğın mehmanxananın zirzəmisində başlayıb və nəticədə iki nəfər dəm qazından zəhərlənib. Hazırda mütəxəssislər hadisənin dəqiq səbəblərini araşdırır.

Hadisə ilə əlaqədar mehmanxanaya bitişik küçələrdə tramvayların hərəkəti müvəqqəti olaraq dayandırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu