Mingəçevirdə oteldə yanğın olub - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AFN.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi ilə otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.

Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu