Paytaxtda bəzi yollarda tıxac müşahidə olunur


Bakının bəzi yollarında və əsas prospektlərində güclü nəqliyyat sıxlığı müşahidə olunur.

AFN.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda paytaxtın bir neçə istiqamətində avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Sıxlıq qeydə alınan əsas yollar:

  • Bakı-Sumqayıt şosesi"20 Yanvar" dairəsi istiqaməti;
  • Ziya Bünyadov prospekti (Atatürk prospekti və Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmələr);
  • Heydər Əliyev prospekti (həm əsas, həm də köməkçi yol, mərkəz istiqaməti);
  • Tbilisi prospekti, Babək prospekti8 Noyabr prospekti;
  • Yusif Səfərov, Üzeyir HacıbəyliXətai prospektləri mərkəz istiqamətində.

Həmçinin Mikayıl Müşfiq küçəsində, "Badamdar" dairəsindən 20 nömrəli məktəb istiqamətində də nəqliyyatın hərəkəti ləngiyir. Sürücülərə imkan daxilində alternativ yollardan istifadə etmək tövsiyə olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu