Missisipidə 14 tornado baş verib: azı 17 yaralı var, biryaşlı körpə itkin düşüb


Çərşənbə günü axşam saatlarında ABŞ-ın Missisipi ştatının bəzi bölgələrindən keçən dağıdıcı fırtınalar azı 14 tornadonun yaranmasına səbəb olub. Təbii fəlakətdən sonra biryaşlı körpə itkin düşüb.

AFN.az xəbər verir ki, bu barədə WJTV telekanalı Linkoln dairəsinin fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb. Rəsmi şəxslər bildiriblər ki, hadisə nəticəsində azı 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qasırğalar bir neçə dairədə yüzlərlə evi dağıdıb, ağacları aşırıb və elektrik xətlərinə ciddi ziyan vurub. Ştatın qubernatoru Teyt Rivz Missisipinin mərkəzi və qərb hissələrində çoxsaylı tornadoların qeydə alındığını və xilasetmə işlərinin əlaqələndirildiyini bildirib. Hələlik ölüm halı qeydə alınmayıb.

Meteorologiya xidmətinin məlumatına görə, cümə axşamı Alabama, Corciya və Floridanın bəzi bölgələrində yeni fırtınaların və tornadoların baş vermə ehtimalı var. Güclü fırtınaların həmçinin Karolina və Texas ştatlarının müəyyən ərazilərində də müşahidə olunacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu