"Bank Respublika" qaydaları pozdu - Mərkəzi Bank məcburi sərəncam verdi


Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank Respublika" ASC-yə icrası məcburi sərəncam verib.

AFN.az xəbər verir ki, “Bank Respublika” ASC müştəri köçürmələrinin və inkasso sərəncamının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərini pozub.

Bununla əlaqədar, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən daxili nəzarət sistemlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul edilib.

Sərəncamda qeyd olunan halların gələcəkdə təkrarlanmaması və məsul şəxslər barədə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi məqsədilə icrası məcburi tapşırıqlar verilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu