ABŞ-da silahlı hücum: Çox sayda yaralı var
ABŞ-ın Oklahoma ştatında silahlı hücum baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində azı 10 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, Oklahoma polisinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 21:00 radələrində Arkadiya gölü yaxınlığında atəş açıldığına dair çox sayda məlumat daxil olub.
Atışma nəticəsində xəsarət alan azı 10 nəfərin dərhal xəstəxanaya çatdırıldığı bildirilib. Hadisənin Arkadiya gölü yaxınlığında gənclərin toplaşdığı bir şənlik zamanı törədildiyi qeyd olunub.
Hazırda hücumun motivləri və hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində polis tərəfindən genişmiqyaslı araşdırma aparılır.


