"Finoko" BOKT cərimə olundu


"Finoko" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

AFN.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, "Finoko" BOKT-un balansında olan "AE" seriyalı "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsini idarə edən sürücü inzibati xəta törədib. Həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verilməyib.

Məhkəmənin qərarı ilə "Finoko" BOKT İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib və 300 manat məbləğində inzibati cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu