Şahin Mustafayev erməni dilində sərbəst danışırmış


Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

AFN.az Unikal-a istinadən xəbər verir ki, Şahin Mustafayevin İrəvana səfəri fonunda Ermənistan mətbuatı ona yenidən diqqət çəkib. Qeyd olunub ki, Ş.Mustafayev erməni dilində sərbəst danışır və o, 40 ildən sonra yenidən Ermənistana gedib.

Şahin Mustafayev Ermənistanda doğulub və orada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.

Məlumata görə, Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və təsərrüfatla məşğul olub. Ş.Mustafayev 1965-ci ildə Ermənistanda anadan olub. O, 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində tamamlayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalara hər iki ölkənin Baş nazir müavinləri rəhbərlik edir və bu səfər işçi proseslərin tərkib hissəsi kimi qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu