Azərbaycanla İran arasında yeni sərhəd keçid məntəqəsi açılacaq - komitə sədri


Tezliklə Azərbaycanla İran arasında yeni bir sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayacaq.

AFN.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında məlumat verib.

Gömrük Məcəlləsində nəzərdə tutulan yeniliklərin müzakirəsi zamanı sədr bildirib ki, ölkəmizdəki gömrük infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Komitə rəhbərinin sözlərinə görə, İranla sərhəddə yerləşən "Ağbənd" keçid məntəqəsində hazırda sürətli tikinti işləri gedir və prosesin yaxın zamanlarda tamamlanması gözlənilir.

Şahin Bağırov onu da əlavə edib ki, yeni məntəqədə nəinki yükdaşımalar, həm də piyadaların rahat və maneəsiz hərəkəti üçün hər cür şərait qurulacaq. Qeyd edək ki, bu məntəqə regionun tranzit potensialının artırılmasında mühüm rol oynayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu