Ad gününü qeyd edən şəxs torta görə üç nəfəri öldürdü
Hindistanda ad gününü qeyd edən şəxs tort üstündə yaranan mübahisə zəminində üç nəfəri qətlə yetirib.
AFN.az "Times of India" qəzetinə istinadən xəbər verir ki, hadisə bayram şənliyi zamanı tanışların tortu ad günü sahibinin üzünə sürtmək istəməsindən sonra başlayıb.
Bu zarafata qəzəblənən ad günü sahibi Jitu Saini və dostları arasında yaranan mübahisə sürətlə atışmaya çevrilib. Yaralanan üç nəfər xəstəxanada vəfat edib.
Jitu Saini hadisə yerindən qaçaraq gizlənib. Hazırda polis onun tutulması istiqamətində genişmiqyaslı axtarış əməliyyatlarına başlayıb.





