Vüqar Gülməmmədov hesabat verir
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bugünkü iclasın gündəliyində ən mühüm məsələlərdən biri Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatdır.
Palatanın sədri Vüqar Gülməmmədov deputatlar qarşısında hesabatla çıxış edərək, ötən il ərzində aparılan audit yoxlamaları, maliyyə nəzarəti tədbirləri və aşkar edilmiş nöqsanlarla bağlı ətraflı məlumat verəcək.
İclasın gündəliyinə ümumilikdə 8 məsələ daxil edilib. Deputatlar Hesablama Palatasının hesabatı ilə yanaşı, bir sıra qanun layihələrinə təklif edilən dəyişiklikləri və digər cari məsələləri müzakirə edəcəklər.




