Hökümət Evi agentliyə 490 min manata ofis icarəyə verib


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "İnzibati Binaların İstismarı Mərkəzi" MMC ilə satınalma müqaviləsi imzalayıb.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Hökumət Evinin inzibati binasının icarəsi nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 490 302,77 manatdır.

"İnzibati Binaların İstismarı Mərkəzi" MMC Hökümət Evi Binasının İstismarı İdarəsinin bazasında yaradılıb. 2007-ci ildə qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 100 manat, rəhbəri isə Məmmədov Elçin Kərəm oğludur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu