İranda internet kəsintisi iqtisadiyyata gündəlik 30 milyon dollar ziyan vurur



İran Ticarət Palatasının Məlumat Əsaslı İqtisadiyyat Komissiyasının sədri Afşin Kolahi İranda beynəlxalq internetə çıxışın bağlı olmasının ölkə iqtisadiyyatına 30-40 milyon dollar arasında ziyan vurduğunu bildirib.

AFN.az xəbər verir ki, İranda fəaliyyət göstərən "donya-e-eqtesad" xəbər saytının məlumatına görə, Kolahi Ticarət Palatasındakı iclasda çıxışı zamanı internet kəsintisinin gündəlik birbaşa ziyanının 30-40 milyon dollar, dolayı ziyanının isə təxminən 70-80 milyon dollar civarında olduğunu qeyd edib.

İranlı rəsmi bu məbləğin gündəlik iki elektrik stansiyasının xərclərinə bərabər olduğunu və ölkənin bu ziyanı müharibədən asılı olmayaraq özü-özünə vurduğunu vurğulayıb. Xatırladaq ki, İranda beynəlxalq internetə çıxış ilk dəfə 2025-ci il dekabrın 28-də iqtisadi problemlər zəminində başlayan və rejim əleyhinə nümayişlərə çevrilən hadisələr zamanı bir aydan çox müddətə kəsilmişdi.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Seyid Səttar Haşimi 26 yanvar 2026-cı il tarixində verdiyi açıqlamada həmin kəsintinin ölkə iqtisadiyyatına gündəlik 34 milyon 500 bin dollar ziyan vurduğunu demişdi. ABŞ və İsrailin hücumlarının başladığı 28 fevraldan bəri isə artıq 46 gündür ki, İranda beynəlxalq internetə çıxışın olmadığı bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu