Hesablama Palatası prokurorluğa üç audit üzrə materiallar göndərib


Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.

AFN.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu