Bu şəxslərin maaşının vergi tutulan hissəsi 400 manat azaldılır


Minatəmizləmədə həyatını itirənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır.

Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

“Qafqazinfo” xəbər verir ki, layihəyə əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin yaxınlarına güzəştlər nəzərdə tutulur.

Sənədə görə, həmin şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Bu addım riskli sahələrdə çalışan mütəxəssislərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, sözügedən dəyişiklik minatəmizləmə əməliyyatları zamanı fədakarlıq göstərmiş şəxslərin xatirəsinə ehtiram və onların ailələrinə dövlət qayğısının tərkib hissəsidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu