Ağsu İcra Hakimiyyətində kütləvi ixtisar - SİYAHI


Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) 14 əməkdaşı vəzifəsindən azad edilib.

AFN.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, icra başçısı Rövşən Bağırovun imzaladığı müvafiq əmrlə bu şəxslərin dövlət qulluğuna xitam verilib. Vəzifələrindən azad olunan şəxslərin siyahısını təqdim edirik:

  • İntiqam Əhmadov - Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Əhməd Hüseynov - Ağsu RİH başçısının Kalva kənd inzibati ərazi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Elxan Quliyev - Ağsu RİH başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Yusif Xalıqov - Ağsu RİH başçısının Bozavand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Sail Baloğlanov - Ağsu RİH başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Elmir Məmmədov - Ağsu RİH başçısının Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Elşən Məhərrəmov - Ağsu RİH başçısının Ləngəbiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Elnur Səlimov - Ağsu RİH başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Cahangir Babaxanov - Ağsu RİH başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini;
  • Teymur Əliyev - Ağsu RİH başçısının Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Fuad Kərimli - Ağsu RİH başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Taryel Qasımov - Ağsu RİH başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Rəvan Ziyazadə - Ağsu RİH başçısının Muradlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi;
  • Fəxrəddin Rüstəmov - Ağsu RİH başçısının Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi.

Məlumata görə, vəzifələrindən azad olunan həmin şəxslər başqa işlə təmin edilməyiblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu