Uşağa dəxli olmayan sualları ona vermək düzgün deyil - Mətbuat Şurasının nümayəndəsi


Azərbaycan Mətbuat Şurasının sədr müavini, Əməkdar jurnalist Səadət Məmmədova bu gün "İdrak" liseyində baş verən insidentlə bağlı KİV-in məktəb şagirdini danışdırmasına etiraz edib.

AFN.az xəbər verir ki, o bu barədə özünün feyzbuk səhifəsində yazıb: “Əziz media mənsublarl! Jurnalistika qaydalarına görə, müsahibə aldığınız uşağın ya üzünü bağlamalısınız, ya da onun yanında qəyyumu (valideyn, müəllim və s) dayanmalıdır. Ən əsası, uşağa dəxli olmayan sualları ona vermək düzgün deyil.

Uşaq nə bilir “AKM” nədir və ya niyə bilməlidir?! Ondan silahın növünü niyə soruşursunuz?! Bugünkü müdhiş hadisəni işıqlandıran zaman emosiyalara qapılmaq olmaz. Uşağa hərə bir tərəfdən həyəcanlı suallar verir, o da bilmir kimə nə desin…”

Xatırladaq ki, bu gün səhər saat 09 radələrində Bakıdakı “İdrak” liseyinin müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi tərəfindən güllələnib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu