Anasını döydüyü üçün atasını bıçaqlayan 15 yaşlı qız ev dustağı oldu


Bakıda atasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə qız barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

AFN.az Report-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon məhkəməsində qərar qəbul edilib.

Belə ki, Nizami Rayon Prokurorluğu tərəfindən yeniyetməyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onu da qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu