İlon Mask SpaceX və xAI-ı birləşdirdi


ABŞ-lı milyarder İlon Maskın sahibi olduğu kosmos və aviasiya şirkəti "SpaceX"in süni intellekt startapı "xAI"ı öz bünyəsinə qatdığı açıqlanıb.

SpaceX-in internet saytında İlon Maskın imzası ilə yayımlanan bəyanatda xAI-ın bəşəriyyətin gələcəyini sürətləndirmək məqsədilə SpaceX-ə qoşulduğu bildirilib.

Açıqlamada sözügedən birləşmə ilə süni intellekt, raketlər, kosmos əsaslı internet, mobil cihazlarla birbaşa əlaqə və dünyanın qabaqcıl real vaxt məlumat və ifadə azadlığı platformasını əhatə edən şaquli inteqrasiya olunmuş innovasiya mühərrikinin yaradılmasının hədəfləndiyi qeyd edilib.

Mövcud süni intellekt inkişaflarının böyük quru məlumat mərkəzlərindən asılı olduğu və bu mərkəzlərin çox yüksək enerji və soyutma tələb etdiyi vurğulanan bəyanatda uzunmüddətli perspektivdə kosmos əsaslı süni intellektin əhəmiyyətinə diqqət çəkilib.

Bəyanatda böyük resurslar tələb edən bu fəaliyyətlərin kosmosa daşınması yeganə məntiqli həll yolu kimi xarakterizə edilib.

Xatırladaq ki, ötən həftə ABŞ mətbuatında yer alan xəbərlərdə SpaceX və xAI-ın bu ilin sonuna planlaşdırılan böyük bir səhm satışı öncəsi birləşmə danışıqları apardığı bildirilmişdi.

Sözügedən xəbərlərdə birləşmə nəticəsində yaranacaq şirkətin ümumi dəyərinin təxminən 1,25 trilyon dollar olacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu