Vüqar Ələkbərov iddialara aydınlıq gətirdi


Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı son günlər bəzi media subyektlərində informasiyalar yayılır.

Onun xəstələrindən hansınınsa (yazılarda ad çəkilmir-red.) əməliyyatdan sonra bədəninin çürüdüyü iddia edilir.

Məsələ ilə maraqlanmaq üçün V.Ələkbərovun özü ilə əlaqə saxladıq və araşdırma apardıq. Məlum oldu ki, yazılanlar həqiqəti əks etdirmir.

Belə problem yaşamış xəstə ümumiyyətlə yoxdur.

Həkim bildirib ki, bu ittihamların heç biri həqiqəti əks etdirmir, onun xəstələrindən kiminsə bədəninin çürüməsi ilə bağlı problemi yoxdur:

"Mən hər zaman elmi konfranslarda, tədbirlərdə iştirak edirəm, bütün vasitələrdən istifadə edərək özümü inkişaf etdirirəm. Türkiyədə təhsil almışam, bir çox xarici ölkələrdə də yüksək ixtisaslar keçmişəm.

Bütün prosedurları son dərəcə dəqiqliklə həyata keçirirəm. Yüzlərlə xəstəni əməliyyat etmişəm, indiyədək heç birində problem olmayıb. Tam əksinə, pasiyentlərim məni digərlərinə də tövsiyə edirlər".

Qeyd edək ki, V.Ələkbərovun adı həm də 44 günlük Vətən Müharibəsi dövründə ən çox qazi əməliyyat edən həkimlərdən biri kimi anılır.

Belə həkimlər haqqında yayılan məlumatlara dərhal inanmaq, fikrimizcə, düzgün deyil. Rəsmi qərarları gözləmək ən doğru yoldur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu