Köhnə maşınlar üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq
Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi aşağıdakı qaydada hesablanır:
- Mühərrikin həcmi 2000 kubsantimetrədək: hər kubsantimetrə görə 0,30 manat;
- Mühərrikin həcmi 3000 kubsantimetrədək: 600 manat + 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə 5 manat;
- Mühərrikin həcmi 5000 kubsantimetrədək: 18600 manat + 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə 35 manat;
- Mühərrikin həcmi 5000 kubsantimetrdən çox: 53600 manat + 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə 70 manat.
Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə:
- Mühərrikin həcmi 4000 kubsantimetrədək: 5600 manat + 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə 15 manat;
- Mühərrikin həcmi 5000 kubsantimetrədək: 20600 manat + 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə 40 manat;
- Mühərrikin həcmi 5000 kubsantimetrdən çox: 60600 manat + 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə 80 manat.
Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.
2026-cı il yanvarın 1-dən etibarən, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.





