5 aptekə protokol tərtib edildi


Bakı və bölgələrdə 5 aptekdə çatışmazlıqlar aşkar olunub.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparılıb:

“Yoxlanış aparılan apteklərdən 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında baş tutub. Mərkəz tərəfindən 22 aptekdə planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb.

Monitorinq zamanı 5 aptekdə çatışmazlıqlar aşkar edilməsi ilə İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu