Apple şirkətinin süni intellekt rəhbəri qəfil istefa verdi


Apple şirkətinin süni intellekt üzrə baş icraçı direktoru Con Giannandrea vəzifəsindən gedir və 2026-cı ildə təqaüdə çıxacaq.

Giannandrea 2018-ci ildən bəri Apple şirkətində maşın öyrənməsi və süni intellekt strategiyası üzrə baş vitse-prezident vəzifəsində işləyib.

Yerinə Microsoft-da qısa müddət AI üzrə korporativ vitse-prezident vəzifəsində çalışan, əvvəllər isə Google-da on ildən çox iş təcrübəsi olan Amar Subramanya gətirilib.

Subramanya Giannandreadan fərqli olaraq birbaşa Tim Kuk-a deyil, CEO-nun köməkçisi Kreyq Federiqi-yə məruzə edəcək.

Tim Kuk açıqlamasında bildirib ki, süni intellekt uzun müddətdir Apple strategiyasının mərkəzindədir.

Gözlənilməz dəyişiklik Apple-ın Google, OpenAI, Meta və Microsoft kimi süni intellekt sahəsindəki rəqibləri ilə rəqabətdə qarşılaşdığı çətinliklərə işarə edir. Şirkət ilin əvvəlində inkişaf etmiş AI xüsusiyyətlərinə malik Siri-nin buraxılışını təxirə salmış və inkişaf prosesinin planlanandan uzun sürdüyünü açıqlamışdı.

Tim Kuk 30 oktyabr tarixli maliyyə nəticələri iclasında “Yaxşı irəliləyiş əldə edirik və gələn il buraxmağı planlaşdırırıq” deyib. Bloomberg-in məlumatına görə, məqsəd yüksəldilmiş Siri-ni bahar mövsümündə bazara çıxarmaqdır.

Apple açıqlamışdı ki, istifadəçi icazə verdiyi halda Siri ChatGPT-ə qoşularaq geniş məlumat təqdim edə biləcək. Şirkət yaxın zamanda Google-un Gemini modeli ilə, həmçinin PerplexityAnthropic ilə inteqrasiya razılaşmalarına yaxınlaşıb.

Apple Intelligence təqdimatından sonra süni intellekt xüsusiyyətləri iOS və macOS-a məhdud şəkildə inteqrasiya olunub. Bu, texnologiya bazarında şirkətin sürətinin rəqibləri qədər yüksək olmadığı şərhlərinə səbəb olub.

Apple-ın səhmləri ilin əvvəlindən bu yana 13% artıb. Eyni dövrdə Oracle 20%, Nvidia 34% və Google-un sahibi Alphabet 65% dəyər qazanıb. Buna baxmayaraq, Apple 4,2 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ikinci ən böyük açıq səhmlərə sahib şirkəti olaraq qalır.

S&P 500 indeksi isə bu il təxminən 16% artıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu