Almaxanım Əhmədovanın qonaq olduğu veriliş yarımçıq dayandırıldı - VİDEO
"Xəzər" TV-də efirə gedən "İncə səhər" verilişinin bugünkü buraxılışı yarımçıq dayandırılıb.
Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən "İncə səhər" bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan efirdə serial nümayişinə başlanıb. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.
Qeyd edək ki, verilişin qonaqları tanınmış müğənnilər - Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olublar.
Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, A.Əhmədova son günlər Mədəniyyət Nazirliyini tənqid edən açıqlamaları ilə gündəmdədir.





