Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü - FOTO


Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-polkovnik Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı, Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi, şəhid kapitan Mühüd Orucovun atası Qurban Orucovla görüşüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Hikmət Mirzəyev Mühüd Orucovun Xüsusi Təyinatlı Qüvvələrində misilsiz xidmətlərindən bəhs edib.

Qurban Orucov oğlu ilə bağlı xatirələrini bölüşüb: “Evə gələndə rəhmətlik anası soruşardı ki, bala, komandirin necə adamdı? Mühüd fəxrlə deyərdi ki, ana, məndən nigaran qalma, komandirim qızıl kimi adamdı”.

Qeyd edək ki, M. Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə şəhid olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu