Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu


Bakıda fəaliyyət göstərən məşhur "Residence Cinema Club”-un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

AFN.az-ın Teleqraf-a istinadən məlumatına görə, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq.

10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.

Qeyd edək ki, "Residence Cinema Club”-un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu