Azərbaycanda məşhur muzey ləğv edildi



Naxçıvan Duz Muzeyi ləğv edilib.

AFN.az Modern.az-a istinadən xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb.

Muzeyin ləğv edilmə səbəbi məlum deyil.

Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə yaradılmışdı.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu