Nurlan Həsənovla bağlı iddialar: kimlər və niyə həyəcanlanıb?!
Bir neçə gün əvvəl bir çox saytlarda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovla adı biznes və şəxsi dostluq əlaqələrində hallanan, vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində, hazırda isə Abşeron İcra Hakimiyyətində yüksək vəzifə tutan Nurlan Həsənovla bağlı iddialar yayılıb. Bildirilir ki, yayılan məlumatlar onun və ətrafının ciddi narahatlığına səbəb olub.
Mia.az-ın məlumatına görə, dünən yayılan 2 milyardlıq mülklərin siyahısından sonra bir çox saytlar, o cümlədən hazırda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin qeyri-rəsmi nəzarətində olan portallarda “özfəaliyyət yazılar” – yəni, şəxsi münasibətlərə əsaslanan tərifli materiallar dərc olunmağa başlayıb.
Həmin yazılarda Nurlan Həsənov ilahiləşdirilib, onun Ramiz Mehdiyev–Əli Həsənov tandəmindən uzaq tutulması üçün cəhdlər göstərilib. Hətta “Mehdiyev–Həsənov burulğanı”ndan onu uzaq göstərmək məqsədilə əmisi, sabiq deputat, “Şərurlu polkovnik” kimi tanınan Allahverdi Həsənovun adı qabardılıb. Yazılarda elə təəssürat yaradılmağa çalışılıb ki, guya Nurlan Həsənovun adı çəkilən şəbəkəyə bağlılığı olmayıb.
Bununla belə, Allahverdi Həsənovun adının bu kontekstdə qabardılması, iddialara görə, iz azdırmaq məqsədi daşıyır. Mia.az qeyd edir ki, bu məsələ də araşdırılmalı mövzulardan biridir.
Ümumiyyətlə, görəsən, böyük sərvətə və ciddi media əlaqələrinə sahib olan Nurlan Həsənov niyə bu qədər həyəcanlanıb?
Mövzuya qayıdılacaq.
Qeyd: N.Həsənovun mediadakı “budaqları”nı həyəcanlandıran yazıylaBURADAN tanış ola bilərsiniz.




