Sadəcə 1 Şans paketi aldı, avtomobil qazandı!
"Bakcell"in süni intellekt əsaslı lotereyasında 3-cü avtomobil qalibi məlum olub.
AFN.az xəbər verir ki, "Bakcell" mobil operatorunun keçirdiyi süni intellekt əsaslı meqa lotereyanın həftəlik tirajında “Zeekr 001” avtomobili öz sahibinə - Elvira Paşayevaya təqdim edilib. Qalib lotereyada cəmi 1 AZN-lik “Şans” paketi alaraq iştirak edib.
Bakcell meqa lotereyasında süni intellekt vasitəsilə hər gün “iPhone 17”, hər həftə isə “Zeekr 001” avtomobillərinin qalibləri seçilir. Şirkət bildirib ki, bu hələ başlanğıcdır və növbəti həftələrdə daha 10 “Zeekr 001” avtomobilinin qalibləri bəlli olacaq.
Qalib gəlmək üçün abunəçilər aşağıdakı “Şans” paketlərini əldə edə bilərlər:
• 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES
• 5 AZN-lik “Şans” paketi – 25 şans → *25#YES
Bu “Şans” paketləri həm lotereyada iştirak haqqı, həm də şəbəkədaxili danışıq dəqiqələri qazandırır.
Ətraflı məlumat üçün: lotereya.bakcell.com
