Mehriban Əliyeva Roma Papası ilə görüşdü - FOTOLAR


Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

AFN.az xəbər verir ki, Roma Papası tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Mehriban Əliyeva, Azərbaycan ilə Vatikan arasında son illərdə münasibətlərin və ikitərəfli əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb.

Birinci vitse-prezident bildirib ki, Heydər Əliyev Fondu son illər ərzində bərpa işlərində, elmi araşdırmalarda və mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox layihələr həyata keçirib. O, həmçinin fond ilə Vatikan arasında imzalanmış sazişlər çərçivəsində bir sıra layihələrin uğurla başa çatdığını, digərlərinin isə icrasına başlandığını qeyd edib.

Mehriban Əliyeva əlavə edib ki, Heydər Əliyev Fondu gələcəkdə də yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığı genişləndirəcək.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyətiİkinci Katolik Kilsənin tikintisi ilə bağlı görülən hazırlıq işləri barədə məlumat verilib.

Roma Papası XIV Leo bildirib ki, Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq uzun tarixə malikdir. O, Mehriban Əliyevanın illər əvvəl irəli sürdüyü təşəbbüslərin münasibətlərin inkişafına böyük töhfə verdiyini vurğulayıb və Azərbaycanın dinlərarası dialoqda dünya miqyasında ön sıralarda olduğunu qeyd edib.

Papa XIV Leo həmçinin Azərbaycanla layihələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib və İkinci Katolik Kilsənin tikintisi üçün ayrılmış torpaq sahəsinə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırmağı xahiş edib. O, Heydər Əliyev Fonduna da görülən işlərə görə minnətdarlığını ifadə edib.

Mehriban Əliyeva isə Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papası XIV Leo-nu Azərbaycana səfərə dəvət edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu