Saxta klinika fəaliyyətini davam etdirir: Xəstələr risk altında - VİDEO



Bədən şəkilləndirmə əməliyyatı etdirmək istəyən Cəmalə Rüstəmova həkim savadsızlığının qurbanı olub. O, “TikTok”da gördüyü reklama aldanaraq münasib qiymətə – 400 manata əməliyyat üçün Xəyalə İsmayılovanın klinikasına müraciət edib. Bir müddət sonra isə bədənində ciddi fəsadlar yaranıb və çürümələr müşahidə olunub.

Zərərcəkən məsələ ilə bağlı Bakı şəhər prokurorluğuna və Səhiyyə Nazirliyinə müraciət edib. Nəticədə Xəyalə İsmayılovanın rəhbərlik etdiyi klinika bağlanıb. Lakin buna baxmayaraq, o, qeyri-qanuni fəaliyyətini davam etdirərək “TikTok” vasitəsilə pasiyent toplayır və Bakıxanov qəsəbəsində yerləşən “Nova Med” Tibb Mərkəzində əməliyyatlar həyata keçirir.

ARB TV-nin əməkdaşları məsələni araşdırmaq üçün ona pasiyent kimi yaxınlaşıb və gizli çəkiliş aparıblar. Əldə olunan görüntülər saxta tibbi fəaliyyətin davam etdiyini təsdiqləyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu