Oqtay Şirəliyev vəfat edib



Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

AFN.az “Report”a istinadən xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakıda həkim ailəsində anadan olub.

1967-1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.

O, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu