Şənbə gününə olan hava proqnozu


Azərbaycanda oktyabrın 4-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə AFN.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı bildirilir. Şimal-şərq küləyi səhərdən cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman müşahidə olunacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16°, gündüz 19-24°, dağlıq ərazilərdə isə gecə 1-6°, gündüz 10-15° isti olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu