ChatGPT-də giriş problemi: Söhbət tarixçəsi açılmır, bot cavab vermir
Dünyanın müxtəlif bölgələrindəki istifadəçilər süni intellekt söhbət aləti ChatGPT-yə daxil ola bilmədiklərini deyirlər.
Həm veb, həm də mobil tətbiq vasitəsilə girişdə problem yaşanır, söhbət tarixçəsi açılmır və bot cavab vermir.
Kəsintiləri izləyən Downdetector-un məlumatlarına görə, şikayətlərin sayı 2 mini keçib və artmaqda davam edir. İstifadəçilər söhbət ekranında yalnız öz yazdıqları sualları gördüklərini, lakin sistemin heç bir cavab vermədiyini bildirirlər.
OpenAI-nin rəsmi səhifəsində kəsintinin fərqinda olunduğu və problemin mənbəyinin müəyyən edildiyi açıqlanıb. Şirkətin texniki komandası problemi həll etmək üçün çalışır. Daha əvvəl də oxşar giriş problemləri yaşanmış və qısa müddətli kəsintilər olmuşdu.
İstifadəçilərin alternativ olaraq Perplexity, Claude və Google Gemini kimi digər süni intellekt alətlərinə yönəldiyi bildirilir.
ChatGPT-nin gündəlik iş proseslərində geniş istifadə edildiyi nəzərə alınaraq, kəsintinin milyonlarla istifadəçiyə təsir etdiyi təxmin edilir.

