Çin ABŞ-ın danışıqlar aparmaq təklifini rədd edir - KİV


Çin tərəfi Vaşinqtonun iki ölkənin müdafiə nazirləri arasında telefon danışığı keçirmək təklifindən imtina edib.

AFN.az xəbər verir ki, bu barədə "Nikkei Asia" portalı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bu, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ilk yüksək səviyyəli hərbi təmas ola bilərdi.

Portalın məlumatına görə, Pekin münasibətlərin yaxşılaşdırılması üçün aydın yol görmür və ABŞ müdafiə naziri Pit Heqsetin son çıxışında diqqəti aqressiv dilə yönəldib. Xüsusilə, bu, Pentaqon rəhbərinin "Çinin yaratdığı təhlükə realdır və qaçılmaz ola bilər" ifadəsinə aiddir. Amerika tərəfi isə çıxışın Vaşinqtonun münaqişəyə girmək istəməməsindən bəhs edən hissəsini daha vacib hesab edir.

Pit Heqsetin kiminlə danışıqlar apara biləcəyi ilə bağlı da fikir ayrılıqları var. Portal iddia edir ki, Çin tərəfi müdafiə naziri Dong Junu təklif edir, ABŞ isə Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Zhang Youxia ilə dialoqda maraqlıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu