KİV: Meksika ABŞ-ın təzyiqi altında Çindən idxala rüsumları artırmağı planlaşdırır
Meksika hakimiyyəti ABŞ prezidenti Donald Trampın çoxdankı tələbinə uyğun olaraq Çindən idxal edilən mallara rüsumları artırmağı planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, tarif artımı Çindən gətirilən avtomobil, tekstil və plastik məmulatlara təsir edəcək. Digər Asiya ölkələrinə də daha yüksək rüsumların qoyulacağı gözlənilir. Tariflərin ölçüsü ilə bağlı yekun qərar hələ verilməyib.
"Bloomberg" yazdığına görə, Vaşinqtonun təzyiqi ucuz Çin mallarının ABŞ-a idxalının qarşısını almaq istəyi ilə izah olunur. Amerika administrasiyası bildirir ki, Çindən məhsullar əvvəlcə Meksikaya gətirilir, daha sonra oradan ABŞ-a daxil olur.
Agentlik xatırladır ki, Tramp administrasiyası uzun müddətdir ki, Meksika rəhbərliyindən öz məhsullarını yüksək Amerika rüsumlarından qorumaq üçün Çindən gələn mallara daha yüksək idxal rüsumları tətbiq etməyi xahiş edir. Fevralın sonunda ABŞ-ın ticarət naziri Hovard Lutnik bu məsələni Meksikanın iqtisadiyyat naziri Marselo Ebrardla müzakirə edib.

