Tramp: Məni zarafatla “Avropa prezidenti” adlandırırlar


Amerika lideri Donald Tramp deyib ki, onu zarafatla “Avropa prezidenti” adlandırırlar.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Amerika lideri ABŞ-ı “hazırda dünyanın ən hörmətli ölkəsi” adlandırıb. O, ABŞ-ın NATO-dakı müttəfiqləri arasında Aİ ölkələrinin təmsilçilərindən danışaraq əlavə edib: “Onlar sizin prezidentinizə o qədər hörmət edirlər ki, zarafatla məni Avropanın prezidenti adlandırırlar. Bu, böyük şərəfdir. Avropanı bəyənirəm, bu insanları bəyənirəm. Onlar yaxşı insanlar, böyük liderlərdir", - Tramp əlavə edib.

ABŞ prezidenti xatırladıb ki, o, israrla Avropa müttəfiqlərindən müdafiə xərclərini artırmağa çalışıb. NATO-nun iyunun 24-25-də Haaqada keçirilən sammitinin yekunları üzrə qəbul edilən kommünikeyə əsasən Şimali Atlantika Alyansının liderləri müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaq barədə razılığa gəliblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu