Generalın məhkəməsində adı keçən polkovnik vəfat edib

Ehtiyatda olan polkovnik Rasim İbrahimov vəfat edib.
Bu barədə mərhumun yaxınları məlumat yayıb.
Polkovnikin uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Rasim İbrahimov uzun illər Azərbaycan Ordusunda xidmət edib. Birinci ordu korpusunun, 2020-ci ildən ehtiyata çıxana qədər isə Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin rəisi işləyib.
R. İbrahimovun adı ordudakı 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı ittiham olunan general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin keçmiş rəisi polkovnik Cəlal Kazımov və digərlərinin məhkəməsində hallanıb.