ÇL: "Qarabağ" pley-offa darmadağınla yüksəldi

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.
AFN Matc.az-a istinadən xəbər verir ki, bu gün təmsilçimiz "Qarabağ" da meydana çıxıb.
Azərbaycan çempionu Bakıda, ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edib. Qurban Qurbanovun komandası rəqibini darmadağın edərək pley-offa yüksəlib.
Qeyd edək ki, pley-offda "Qarabağ"ın rəqibi "Ferensvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün (ilk oyun 0:0) qalibi olacaq. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
"Qarabağ" - "Şkendiya" - 5:1
Qollar: Klisman Keyk, 16 (aq), Kadi Borqes, 18, Nəriman Axundzadə, 33, Marko Yankoviç, 35 (pen), Leandro Andrade, 59 // Fabris Tamba, 10
(İlk oyun: 1:0)
Baş hakim: Danni Makkelie
Yan xətt hakimləri: Hessel Steegstra, Yan de Vries
Dördüncü hakim: Marc Nagtegaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens
Tofiq Bəhramov adına Respublika Stadionu
"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi Borqes, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt
"Şkendiya": 24. Babukar Gaye, 2. Aleksandr Trumçi, 4. Reşat Ramadani, 5. Klisman Keyk, 7. Besart İbraimi (k), 17. Arbin Zeynullai, 11. Ronaldo Vebster, 15. İmran Fetai, 29. Fabris Tamba, 28. Kamer Qaka, 77. Lirodon Latifi
Ehtiyat oyunçular: 25. Astrit Amzai, 30. Ferat Ramani, 8. Floran Ramadani, 9. Fiton Ademi, 16. Mevlan Murati, 6. Adamu Alhassan, 19. Vane Krstevski, 22. Numan Ajetoviç, 26. Anes Meliqi, 27. Lorik Kaba, 10. Endrit Krasniqi, 38. Amir Nuhija