“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi başlayır


“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 01.08.2025-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsinin icrasına başlayır.

AFN.az xəbər verir ki, layihənin müddəti 01.08.2025 - 31.10.2025-ci il tarixlərini əhatə edir. Layihənin əsas məqsədi erkən nikahların qarşısının alınması, qızların təhsilə daha çox cəlb edilməsi və sağlam ailə dəyərlərinin təşviq edilməsidir.

Məqsədə nail olmaq üçün maarifləndirmə tədbirləri və media kampaniyası vasitəsilə fərqli sosial qruplar arasında davranış və təcrübə dəyişikliklərinə sövq ediləcəkdir.

Layihənin icrasının nəticəsi olaraq valideynlər, yerli icma və cəmiyyət arasında erkən nikahın mənfi təsirlərinə dair məlumatlılıq artacaq, qızların təhsilinə dəstək verilməsinə təşəbbüs göstəriləcək, gənc qızların öz potensiallarına inanaraq həm təhsil, həm də peşəkar bacarıqlarını inkişaf etdirməyə həvəsləndiriləcəklər.

Layihə Masallı, Lənkəran, Neftçala və Salyan rayonlarını əhatə edir. Birbaşa hədəf qrupları isə həmin rayonlardakı təhsil alan yuxarı sinif şagirdləri, valideynlər və gənclərdir.

Layihə çərçivəsində Masallı, Lənkəran, Neftçala və Salyan rayonlarında 4 maarifləndirici tədbir və hər rayon üzrə 1 təlim olmaqla, 120-dən çox iştirakçı – şagirdlər, valideynlər və gənclər əhatə olunacaqdır.

Layihə yerli icra hakimiyyətləri, təhsil müəssisələri və yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Yerli icra hakimiyyətləri tədbirlərin təşkilinə dəstək göstərəcək, təhsil müəssisələri maarifləndirici tədbirlərə ev sahibliyi edəcək, vətəndaş cəmiyyəti təşkilatları isə icma ilə əlaqələrin qurulmasında iştirak edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu