Masallıda 39 kilo narkotiklə saxlanılan şəxs həbs edilib


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.



Nazirliyin Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb. Ondan 39 kq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.



R.Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.



Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu