“Araz-Naxçıvan” “Trabzonspor” üzərində qələbə qazandı


Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” sonuncu yoxlama matçında qələbə qazanıb.



Komanda Türkiyə Super Liqasının aparıcı klublarından “Trabzonspor”la qarşılaşıb.



Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.



“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, “Konyaspora” isə 1:2 hesabı ilə məğlub olub. Komanda iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.



Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın “Aris” klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu